Arxiv
21 Oktyabr 2021, 16:46 | HADİSƏ
Şəhidin xanımı ərinin il mərasiminə gedərkən qəzada öldü - FOTO

Kürdəmir rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.

 

Modern.az xəbər verir ki, hadisə Kürdəmir-Zərdab yolunun rayonun Şüşün kəndindən keçən hissəsində qeydə alınıb.

 

Hadisə zamanı avtomobildə olan 35 yaşlı Ələsgərova Günel İnqilab qızı və 38 yaşlı Tağıyev Emin Ağamir oğlu hadisə yerindəcə dünyasını dəyişib, bir nəfərin isə xəsarət aldığı, Zərdab rayonundakı xəstəxanaya aparıldığı bildirilir.

 

Ölənlərin meyitləri müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertizası və Pataloji Anatomiya Birliyinin Kürdəmir Rayon Şöbəsinə aparılıb.

 

Qeyd edək ki, hadisə zamanı vəfat edən G.Ələsgərova şəhid Rəhim Hüseynovun həyat yoldaşıdır. 

 

G.Ələsgərovanın qayınanası hadisə ilə bağlı Oxu.Az-a açıqlamasında məlumatı təsdiq edib. O bildirib ki, gəlini ötən gün şəhid R.Hüseynov üçün Kürdəmirdə il mərasimi verdikdən sonra Zərdaba gəlirmiş:

 

“Bu gün Zərdabda da Rəhim üçün il mərasimi keçiriləcəkdi. Bir az olar eşitmişik ki, yolda qəzaya düşüblər”.

 

Faktla bağlı araşdırma aparılır.

 

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv