Arxiv
21 Oktyabr 2021, 17:13 | DÜNYA
Baş nazir: Saakaşvili azı 6 il həbsxanada qalacaq

Gürcüstan baş naziri İrakli Qaribaşvili həbsdə olan eks-prezident Mixail Saakaşvilinin taleyinə toxunub.

 

Modern.az Gürcüstan KİV-nə istinadən xəbər verir ki, hökumət başçısı Saakaşvilinin əfv olunmayacağını təkrar edib.

 

“Saakaşvili azı 6 il həbsxanada qalacaq”, - deyə o açıqlama verib.

 

Saakaşvili prezidentliyi dönəmində Valeria Gelaşvili və Sandro Qirqvlianiyə qarşı fiziki zorakılıq tətbiq edilməsi barədə göstəriş vermə ittihamı ilə Tbilisi məhkəməsi tərəfindən 6 il müddətinə həbs cəzasına məhkum edilmişdi.

 

Ona qarşı daha 2 maddə ilə açılmış cinayət işi icraatdadır.

 

Mixail Saakaşvili oktyabrın 1-də gizli yolla qayıtdığı Tbilisidə polis tərəfindən saxlanılıb.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv