Modern.az

Tanınmış ilahiyyatçı dövlətə xəyanətə görə HƏBS OLUNDU

Tanınmış ilahiyyatçı dövlətə xəyanətə görə HƏBS OLUNDU

Hadisə

21 Oktyabr 2021, 18:07

İlahiyyatçı, Maide.az saytının rəhbəri Sərdar Babayev həbs edilib.

 

Modern.az  xəbər verir ki, bu barədə vəkil Cavad Cavadov bildirib.

 

O qeyd edib ki, S.Babayev Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham olunur. Məhkəmənin qərarı ilə Sərdar Babayev barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib. 

Qeyd edək ki, Şeyx Sərdar Hacıhəsənli kimi tanınan Sərdar Babayev 2017-ci ildə dini təbliğat, dini ayin və mərasimlərin aparılması tələblərini pozmaqda ittiham edilərək 3 il müddətinə azadlıqdan məhrum edilib. 2020-ci il fevralında isə azadlığa buraxılıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!