Arxiv
21 Oktyabr 2021, 18:50 | AKTUAL
Malik Həsənov şəhidlərin anım mərasimlərində - FOTO

Milli Məclisin deputatı Malik Həsənov və Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov 44 günlük Vətən müharibəsində  torpaqlarımızın işğaldan azad edilməsi uğrunda döyüşlərdə  canlarından keçən -  Cəlilabad şəhər sakini  Səfərov Marif  Mikayıl oğlunun, Ocaqlı kənd sakini Ağahüseynli Səyyad Əlyar oğlunun, Məmmədrzalı kənd sakini  Məmmədov Kənan Tofiq oğlunun və Göytəpə şəhərinin sakini  İbadov Vüqar Sadiq oğlunun şəhidlik zirvəsinə ucalmalarının  ildönümləri ilə bağlı mərasimlərdə iştirak ediblər.

 

Modern.az xəbər verir ki, deputat Malik Həsənov və Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov tarix yazan qəhrəmanlarımızın valideynlərinə belə igid, qəhrəman, vətənpərvər övladlar yetişdirdikləri üçün təşəkkürlərini ifadə ediblər.

 

Onu da bildiriblər ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun qəhrəmanlığı, şücaəti sayəsində Zəfər tariximiz yazıldı, 30 ilin torpaq həsrətinə son qoyuldu, məğrur, yenilməz xalq olduğumuzu bir daha dünyaya nümayiş edirdik. Son 18 ildə ölkə Prezidentinin uğurlu siyasəti nəticəsində Azərbaycanın bütün sahələrdə qazandığı uğurlar, gənclərdə vətənpərvərlik hissinin daha da artması, qələbə əzmi uğurlarımızın zirvəsində dayanan Zəfərimizi şərtləndirdi. Bildirilib ki, bu sevinci bizlərə yaşadan şəhidlərimizin ruhu qarşısında baş əyir, qazilərimizə Allahdan şəfa diləyirik.

Şəhidlərimizin valideynləri Müzəffər Ali Baş Komandan İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya göstərdikləri diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv