Modern.az

Futbolçulardan ibarət millimiz UDUZDU

Futbolçulardan ibarət millimiz UDUZDU

Aktual

21 Oktyabr 2021, 19:00

Qadın futbolçulardan ibarət Azərbaycan millisi dünya çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib.

 

Modern.az xəbər verir ki, Siyasət Əsgərovun baş məşqçi olduğu komanda III turda Monteneqronun qonağı olub.

 

Podqoritsa şəhərində keçirilmiş qarşılaşma rəqibin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

 

3 oyundan sonra xalsız olan Azərbaycan yığması sonuncu - 6-cı pillədə qərarlaşıb. Monteneqro isə 6 xalla ilk 3 sıranı bölüşür.

 

Qeyd edək ki, Azərbaycan millisi növbəti matçını oktyabrın 26-da Bakıda Maltaya qarşı keçirəcək.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!