Modern.az

Zaxarova “3+3”dən danışdı: “Tezliklə tətbiqinin tərəfdarıyıq”

Zaxarova “3+3”dən danışdı: “Tezliklə tətbiqinin tərəfdarıyıq”

21 Oktyabr 2021, 19:20

Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova bu gün keçirilən həftəlik brifinqdə “3+3” formatından danışıb.

 

Modern.az xəbər verir ki, Zaxarova bütün tərəflərin mənafeyini nəzərə almaqla formatın tezliklə tətbiqinə tərəfdar olduqlarını vurğulayıb.

 

O qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayib Ərdoğanın irəli sürdükləri "3+3" formatına dair təşəbbüs Rusiya tərəfindən dəstəklənir”.

 

“Biz çoxtərəfli regional əməkdaşlığın inkişafında bu formatın ehtimal olunan bütün iştirakçılarının maraqlı olduğunu əsas götürürük. Bu formatın tətbiqi dövlətlər arasında etimadın artmasına, ziddiyyətlərin həllinə dəstək olacaq”, - deyə Zaxarova bildirib.

 

Qeyd edək ki, altılıq, yaxud da "3+3" əməkdaşlıq platforması Cənubi Qafqazın üç ölkəsini, eləcə də Türkiyə, Rusiya və İranı əhatə edir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Əliyev Putinlə görüşə gedir