Modern.az

Elnur Əşrəfoğlu “Qarabağ”ın oyunundan əvvəl anıldı

Elnur Əşrəfoğlu “Qarabağ”ın oyunundan əvvəl anıldı

Aktual

21 Oktyabr 2021, 19:50

Koronavirusdan dünyasını dəyişmiş tanınmış jurnalist Elnur Əşrəfoğlunun xatirəsi “Qarabağ” və Qazaxıstanın “Kayrat” komandaları arasında UEFA Konfrans Liqasının qrup mərhələsinin III tur oyunundan əvvəl anılıb.

 

Modern.az xəbər verir ki, Ağdam klubunun təşəbbüsü ilə matçın başlamasına bir saat qalmış Tofiq Bəhramov adına Respublika stadionunun bütün tablolarında Əşrəfoğlunun fotosu əks olunub.

 

Qeyd edək ki, “Qarabağ” – “Kayrat” oyunu bu gün saat 20:45-də başlanacaq.

Twitter
Sizə yeni tvit var
Keçid et
Əliyev Putinlə görüşə gedir