Arxiv
21 Oktyabr 2021, 20:11 | DÜNYA
Efiopiya Tiqray bölgəsinə yenə zərbələr endirdi

Efiopiyanın Hərbi Hava Qüvvələri (HHQ) qiyamçıların yerləşdiyi Tiqray bölgəsindəki hədəflərə yenidən aviazərbələr endirib.

 

Modern.az “Reuters” agentliyinə istinadən xəbər verir ki, bu barədə Efiopiya hökumətinin mətbuat katibi Leqesse Tulu məlumat verib.

 

Məlumata görə, hökumət qüvvələri qiyamçıların istifadə etdiyi hərbi təlim mərkəzini vurub.

 

Qeyd edək ki, bu, həftə ərzində hökumət qüvvələrinin qiyamçılara endirdiyi üçüncü aviazərbədir.

 

Oktyabrın 10-da Efiopiya silahlı qüvvələri ölkənin şimalındakı Amhara əyalətində Tiqray Xalq Qurtuluş Cəbhəsinin qiyamçı birləşmələrinə qarşı irimiqyaslı əməliyyatlara başlayıb.

 

Akif İsmayılov