2020-ci ilin yanvarından bu ilin may ayına qədər dünyada 100 mindən çox tibb işçisi yeni növ koronavirusdan (COVID-19) vəfat edib.
Modern.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adhanom Qebreyesus məlumat verib.
Onun sözlərinə görə, ÜST və tərəfdaşları birgə məruzə dərc ediblər. Məruzədə həkimlərin koronovirusdan müdafiəsini gücləndirməyə çağırış edilib.
"Tibb işçilərinin prioritet qaydada vaksinasiya olunması vacibdir”, - deyə Tedros Adhanom Gebreyesus bildirib.