Modern.az

Pakistan XİN başçısı Kabilə səfər etdi

Pakistan XİN başçısı Kabilə səfər etdi

Dünya

21 Oktyabr 2021, 21:48

Pakistanın xarici işlər naziri Şah Mahmud Qureyşi Əfqanıstana səfər edib.

 

Modern.az xəbər verir ki, bu barədə Pakistan Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

 

Bu, Qureyşinin “Taliban” hərəkatının Əfqanıstanda hakimiyyəti ələ keçirməsindən sonra bu ölkəyə etdiyi ilk səfərdir.

 

Görüşdən sonra Əfqanıstan prezident sarayının qarşısında jurnalistlərə açıqlama verən Qureyşi sərhədlərarası hərəkət və ticarət mövzusunda ətraflı danışıqlar apardığını və məsələlərin həllini yekunlaşdırmaq üçün “Taliban” nümayəndə heyətinin yaxın günlərdə İslamabada səfər edəcəyini bildirib.

 

Akif İsmayılov

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı