Arxiv
21 Oktyabr 2021, 23:24 | AKTUAL
"Qarabağ" qələbəyə layiq idi"

"İki müxtəlif hissə izlədik. Birinci yarıdan sonra hesabı qorumağa çalışdıq. Lakin rəqib öz oyununu göstərərək qələbə qazandı".

 

Modern.az xəbər verir ki, bunu Qazaxıstanın "Kayrat" klubunun baş məşqçisi Kurban Berdıyev deyib.

 

O bildirib ki, görüşdəki atmosfer kifayət qədər yaxşı idi: "Bizim qrupumuz çox çətindir. Birinci hissədən sonra daha çox səhv etdik. Rəqib qələbəyə layiq idi. Biz isə hesabı qorumağa çalışırdıq. "Qarabağ"ın daha yaxşı oynadığını deyə bilərəm".

 

Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutan oyunda Ağdam təmsilçisi Qazaxıstan klubunu 2:1 hesabı ilə məğlub edib.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv