Modern.az

Türkiyə əhalisinin 77%-i tam peyvəndlənib

Türkiyə əhalisinin 77%-i tam peyvəndlənib

21 Oktyabr 2021, 23:52

Türkiyədə son sutka ərzində yeni növ koronavirusa (COVID-19) yoluxan 198 nəfər həyatını itirib.

 

Modern.az xəbər verir ki, bu barədə Türkiyənin Səhiyyə Nazirliyi məlumat yayıb.

 

Son 24 saatda COVID-19 infeksiyası ilə əlaqədar 362 213 nəfərdən test götürülüb, onların 28 465-nin testi pozitiv nəticə verib. Aktiv xəstələrdən 29 160 nəfəri sağalıb.

 

Qeyd edək ki, Türkiyənin 18 yaşdan yuxarı əhalisinin 88,97%-nə bir doza, 77,04%-nə isə iki doza koronavirus əleyhinə vaksin vurulub.

 

Akif İsmayılov

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir