Modern.az

Putin Zəngəzur dəhlizindən DANIŞDI

Putin Zəngəzur dəhlizindən DANIŞDI

Qərbi Azərbaycan

22 Oktyabr 2021, 00:10

“Azərbaycan Naxçıvanla normal əlaqənin qurulmasında, kommunikasiyaların açılmasında maraqlıdır. Bu Ermənistan qarşısında duran ən birinci vəzifələrdən biridir”.

 

Modern.az xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin Valday Beynəlxalq Disskusiya klubunun plenar iclasında çıxışında deyib.

 

O qeyd edib ki, regionda səmərəli iqtisadi həyatın və əməkdaşlığın qurulmasında, o cümlədən Azərbaycanla gələcəkdə münasibətlərin normallaşmasında, Türkiyə ilə münasibətlərin donunun açılmasında, bu münasibətlərə müasir xarakterin verilməsində Ermənistan da prinsipcə maraqlıdır.

 

“Bu və ya digər formada əsas məqsədə nail olunmasına - iki dövlətin təhlükəsiz mövcudluğunun və iqtisadi inkişaf üçün şərtlərin yaradılmasına gətirib çıxarılmalıdır”, - deyə Rusiya Putin bildirib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür