Arxiv
22 Oktyabr 2021, 00:27 | DÜNYA
Qırğızıstandan “Bayraktar” SİFARİŞİ

Qırğızıstan Türkiyədən ümumilikdə 300 milyon qırğız somu (33,4 milyon dollar) dəyərində hərbi texnika alıb.

 

Modern.az xəbər verir ki, bu barədə ölkənin Milli Təhlükəsizlik Komitəsinin sədri Kamçıbek Taşiyev məlumat verib.

 

O qeyd edib ki, Qırğızıstan ilk dəfə olaraq Türkiyədən 40 ədəd zirehli maşın və “Bayraktar TB2” zərbə tipli pilotsuz uçuş aparatları (PUA) tədarük edəcək.

 

Taşiyev Qırğızıstan üçün istehsal olunan PUA-ların tezliklə təhvil veriləcəyini bildirib. Komitə sədri, eyni zamanda Rusiyadan əsasən kəşfiyyat üçün nəzərdə tutulan “Orlan-10” PUA-ları alındığını açıqlayıb.

 

Türkiyənin “Baykar Makina” şirkəti tərəfindən istehsal edilən “Baykratar TB2” PUA-ları əsasən qurudakı hədəflərə ağıllı raketlərlə zərbə endirmək üçün nəzərdə tutulub. PUA-lar Liviya və Suriyada Türkiyə tərəfindən, Qarabağda Azərbaycan tərəfindən düşmənə qarşı uğurla istifadə edilib. “Bayraktar”lar Türkiyədən başqa Azərbaycan, Ukrayna, Qətər, Türkmənistan tərəfindən istifadə edilir. Polşa bu ilin may ayında 24 ədəd bu PUA-dan sifariş verib. Daha bir neçə ölkənin PUA-larla maraqlandığı qeyd olunur.

 

Akif İsmayılov

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv