UEFA Konfrans Liqasının rəsmi "Twitter" səhifəsi "Qarabağ"la bağlı növbəti dəfə paylaşım edib.
Modern,az xəbər verir ki, turnirin sosial şəbəkə hesabında Ağdam klubunun Bakıda Qazaxıstan "Kayrat"ına 2:1 hesabı ilə qalib gəldiyi qrup mərhələsinin III tur matçından fotolar yayımlanıb.
"Son dəqiqədə qalib gəlmək, bax, budur" başlıqlı paylaşımda "Qarabağın"ın H qrupunda məğlub olmaması vurğulanıb. Həmçinin komandanın qrupu neçənçi pillədə bitirməsi ilə bağlı sorğu yerləşdiirlib.
Qeyd edək ki, "Qarabağ" 3 oyundan sonra 7 xalla hələlik turnir cədvəlinə başçılıq edir.