Modern.az

Putin Ərdoğanın bəyanatına münasibət bildirdi

Putin Ərdoğanın bəyanatına münasibət bildirdi

22 Oktyabr 2021, 00:37

Rusiya Prezidenti Vladimir Putin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bəşəriyyətin taleyinin hazırda İkinci Dünya Müharibəsində qalib gələn və BMT Təhlükəsizlik Şurasının daimi üzvü olan ölkələrin kiçik dairəsindən asılı olması fikri ilə razılaşmadığını bildirib.

 

Modern.az xəbər verir ki, bu barədə o, Valday Beynəlxalq Klubunun iclasında danışıb.

 

Rusiya lideri Ərdoğanın bu cür bəyanatının səbəbini anladığını qeyd edib: “Görünür, o, hesab edir ki, Türkiyə də Təhlükəsizlik Şurasının daimi üzvü ola bilər. Ancaq bu məsələni Rusiya həll etmir. Bu məsələlər konsensus əsasında həll edilir”.

 

Putin bir sıra ölkələrin BMT Təhlükəsizlik Şurasının daimi üzvləri siyahısına salınması məsələsinin qaldırılmasını ədalətli hesab edir.

 

Xatırladaq ki, Ərdoğan Anqola parlamentində çıxışı zamanı bildirib ki, bəşəriyyətin taleyini İkinci Dünya müharibəsində qalib gələn bir “ovuc” ölkənin mərhəmətinə buraxmaq olmaz.

 

Akif İsmayılov

Twitter
Sizə yeni tvit var
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi