Arxiv
22 Oktyabr 2021, 00:45 | AKTUAL
Daha bir ölkə yerli raketini kosmosa göndərdi

Cənubi Koreya ölkə daxilində istehsal edilən raketi uğurla kosmosa göndərib.

 

Modern.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi yazıb.

 

Kosmik raket Koreya dilində “Yer kürəsi” mənasını verən “Nuri” adlandırılıb və təcrübə üçün 1,5 tonluq peykə bənzər obyekti yerdən 800 kilometr uzaqlıqdakı orbitə çıxarmağı hədəfləyir.

 

Raketin istehsalı 12 ilə başa gəlib və 2 milyard dollar xərclənib. “Nuri” Cənubi Koreyanın ilk yerli kosmik raketidir.

 

Paytaxt Seuldan 500 kilometr cənubda yerləşən kosmodromdan buraxılan raketin çəkisi 200 ton, uzunluğu 47,2 metrdir. Cənubi Koreya bununla da Yerin orbitinə raket göndərən 7-ci ölkə olub. Digər ölkələr ABŞ, Rusiya, Çin, Yaponiya, Hindistan, İsrail və İrandır.

 

Akif İsmayılov

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv