Modern.az

Ər arvadını məftillə BOĞDU

Ər arvadını məftillə BOĞDU

22 Oktyabr 2021, 09:30

Oktyabrın 21-i saat 19 radələrində Qaradağ rayonu, Sahil qəsəbə sakini  1990-cı il təvəllüdlü Aliyə Məmmədovanın yaşadığı evdə öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

 

Qaradağ rayon prokurorluğundan Modern.az-a verilən məlumata görə, aparılmış araşdırmalarla zərərçəkmişin əri 1985-ci il təvəllüdlü Vilayət Məmmədovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Aliyə Məmmədovanı məftillə boğaraq qəsdən öldürməsinə əsaslı şübhələr müəyyənləşib.

 

Faktla bağlı Qaradağ rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Vilayət Məmmədov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

 

Rəsmi məlumata görə,hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir