Modern.az

Hollivud ulduzu operatoru öldürdü, rejissoru yaraladı

Hollivud ulduzu operatoru öldürdü, rejissoru yaraladı

22 Oktyabr 2021, 10:30

Məşhur Hollivud ulduzu ehtiyatsızlıqdan insan ölümünə səbəb olub.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, “Oskar” nominantı Alek Bolduin “Pas” filminin çəkilişləri zamanı rekvizit kimi istifadə edilən tapançadan atəş açaraq operator Qalina Xatçinsin ölümünə, rejissor Coel Sousanın isə yaralanmasına səbəb olub.

 

Rekvizit tapançada boş güllələrin yerinə əsl döyüş güllələrinin olduğu müəyyən edilib. Santa-Fe dairəsinin şerifi atəş açan şəxsin aktyor Alek Bolduin olduğunu və onun barəsində hüquqi tədbirlər görüləcəyini söyləyib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir