Arxiv
22 Oktyabr 2021, 13:40 | TƏHSİL
124 nömrəli məktəb də BAĞLANDI

Paytaxtdakı 124 nömrəli tam orta məktəbin fəaliyyəti distant təhsil formasında davam etdiriləcək.

 

Bakı Şəhər Təhsil İdarəsindən (BŞTİ) Modern.az-a bu barədə verilən məlumata görə 124 nömrəli tam orta məktəbin 4 şagirdi və 9 müəlliminin COVID-19 infeksiyasına yoluxması təsdiq olunub.

 

Bu səbəbdən Gigiyena və Epidemiologiya Mərkəzinin rəyi əsasında 124 nömrəli tam orta məktəbdə əyani tədris prosesi 14 gün müddətinə distant təhsillə əvəz olunub.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv