Arxiv
22 Oktyabr 2021, 14:06 | ALLAH RƏHMƏT ELƏSİN
Kəlbəcər ictimaiyyətinə ağır itki

Kəlbəcər ictimaiyyətinə ağır itki üz verib.

 

Modern.az xəbər verir ki, Kəlbəcər  Rayon  Təhsil Şöbəsinin sabiq müdiri, sonralar isə Kəlbəcər Rayon İcra Hakimiyyətində məsul vəzifədə çalışmış Vaqif Məhəmmədov 21 oktyabrda xərçəng xəstəliyindən dünyasını dəyişib.

 

Mərhum Gəncə şəhərində dəfn olunub. Bu barədə onun yaxınları məlumat veriblər.

 

Vaqif Məhəmmədov Birinci Qarabağ müharibəsinin iştirakçısı olub.

 

O, Kəlbəcər rayonunun işğalına qədər Sarıdaş kənd tam orta məktəbində direktor müavini vəzifəsində çalışıb.

 

Vaqif Məhəmmədov 21 mart 1954-cü il tarixində Kəlbəcər rayonunun Sarıdaş kəndində anadan olmuşdu.

 

Allah rəhmət eləsin!

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv