Modern.az

Bu ölkədə 400 il sonra Britaniya idarəçiliyinə son qoyulub

Bu ölkədə 400 il sonra Britaniya idarəçiliyinə son qoyulub

Aktual

22 Oktyabr 2021, 18:16

Barbadosda 394 ildən sonra Böyük Britaniya idarəçiliyinə rəsmən son qoyulub.

 

Modern.az xəbər verir ki, Cənubi Karib dənizində yerləşən ada ölkəsi Barbados Britaniya hökmranlığının başa çatmasından sonra müstəqilliyini elan edərək ilk prezidentini seçib.

Britaniya Kraliçası II Elizabet tərəfindən təyin olunan və hazırda Barbadosun general-qubernatoru vəzifəsini icra edən 72 yaşlı Dame Sandra Mason Senat və Nümayəndələr Palatası üzvləri tərəfindən keçirilən birgə səsvermədə yekdilliklə ölkənin yeni prezidenti seçilib.

 

Səsvermədən sonra çıxışında Mason Barbadosun müstəmləkə keçmişini tamamilə geridə qoymağın vaxtının gəldiyini bildirib.

O, noyabrın 30-dan etibarən Barbadosa rəhbərlik edəcək. Bununla da 1627-ci ildən müstəmləkə elan edilən Barbadosda 394 ildən sonra Britaniya hökmranlığına rəsmən son qoyulub.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır