Modern.az

QHT-lərə maliyyə hesabatı işində kömək edəcək mütəxəssislər müəyyənləşdirilib

QHT-lərə maliyyə hesabatı işində kömək edəcək  mütəxəssislər müəyyənləşdirilib

17 Fevral 2010, 18:40

Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının mətbuat xidmətindən Modern.az saytına verilən məlumata görə, 2010-cu il aprel ayının 1-dək QHT-lərin Maliyyə Nazirliyinə təqdim edəcəyi 2009-cu ilin yekunlarına dair maliyyə hesabatlarının tərtibi işində onlara məsləhətçi kimi kömək göstərəcək mütəxəssislərin siyahısı müəyyənləşdirilib. Bu işə 16 nəfərin cəlb edilməsi nəzərdə tutulur.

Məsləhət qrupunun üzvlərinə 18 fevral 2010-cu il tarixdə Maliyyə Nazirliyinin mütəxəssisləri son təlimi keçəcəklər. Fevral ayının 22-dən məsləhətçilər bu məqsədlə təyin edilmiş ünvanlarda fəaliyyətə başlayacaqlar.

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası haqqında Əsasnamənin II bəndinin 2.3.5. maddəsinə uyğun olaraq, (qeyri-hökumət təşkilatlarına konsultativ, metodiki, təşkilati-texniki, maliyyə və digər formalarda yardım göstərmək), Şura QHT mühasibatlığı üçün yeni olan bu işdə təşkilatlara konsultativ xidməti təşkil edir.

Məsləhət verilən ünvanlar və vaxt qrafiki Şuranın www.cssn.gov.az və www.qhtxeber.az saytlarına yerləşdirilib.

Göstərilən saytlarda "Qeyri-hökumət təşkilatının illik maliyyə hesabatının forması, məzmunu və təqdim edilməsi Qaydası"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 dekabr 2009-cu il tarixli 201 saylı qərarı da yerləşdirilmişdir. Təqdim ediləcək maliyyə hesabatlarının formasını adı çəkilən qərara əlavədən götürmək olar.

 

Modern.az

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Əliyev Putinlə görüşə gedir