Modern.az

Telman İsmayılov AZADLIĞA ÇIXDI

Telman İsmayılov AZADLIĞA ÇIXDI

22 Oktyabr 2021, 21:19

Monteneqro milliyətcə azərbaycanlı iş adamı, “Çerkizov” bazarı və “Praqa” restoranının keçmiş sahibi Telman İsmayılova siyasi sığınacaq verib.

 

Modern.az Monteneqronun "Vijesti" nəşrinə istinadən xəbər verir ki, bu barədə onun vəkili Miloş Vuksanoviç məlumat verib.

 

Vəkil bildirib ki, Telman İsmayılov Monteneqrodakı ekstradisiya təcridxanasından sərbəst buraxılıb.

 

Qeyd edək ki, bir neçə gün əvvəl Telman İsmayılovun Monteneqroda siyasi sığınacaq istəmək niyyətində olması barədə xəbər yayılıb.

 

Xatırladaq ki, Telman İsmayılov oktyabrın 1-də Monteneqroda saxlanılıb. O, 2 ay müddətinə azadlıqdan məhrum edilib. Telman İsmayılov iki sahibkarın qətlində ittiham olunur.

 

Akif İsmayılov

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Əliyev Putinlə görüşə gedir