Arxiv
22 Oktyabr 2021, 22:00 | ALLAH RƏHMƏT ELƏSİN
Canəli Əkbərov VƏFAT ETDİ

Xalq artisti Canəli Əkbərov bu gün vəfat edib.

 

Modern.az xəbər verir ki, bu barədə onun yaxınları məlumat yayıb.

 

Qeyd edək ki, xanəndə iki gün əvvəl beyin insultu keçirmişdi. Bir neçə gün öncə yenidən vəziyyəti pisləşmişdi.

 

C.Əkbərov 1940-cı il martın 10-da Lənkəran rayonunda anadan olub. O, musiqi təhsilini Bakıda Azərbaycan Dövlət Musiqi Məktəbində alıb. Müəllimləri Seyid Şuşinski və Xan Şuşinskidən muğam ifaçılığının qaydalarını mənimsəyib, bununla da ifaçılıq qabiliyyətini təkmilləşdirib.

Xanəndə bu teatr səhnəsində muğam operalarında Məcnun və İbn-Səlam (Ü.Hacıbəyov – "Leyli və Məcnun"), Şah İsmayıl (M.Maqomayev – "Şah İsmayıl"), Aşıq Qərib (Z.Hacıbəyov – "Aşıq Qərib") kimi yadda qalan obrazlar yaradıb. Canəli Əkbərov bir sıra xarici ölkələrdə qastrol səfərlərində olub.

Prezident İlham Əliyev 2020-ci ilin martında Azərbaycan mədəniyyətinin inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə Canəli Əkbərovu 1-ci dərəcəli “Əmək” ordeni ilə təltif edib.

Allah rəhmət eləsin...

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv