Modern.az

Məşhur türk aktyor infarktdan öldü

Məşhur türk aktyor infarktdan öldü

Aktual

22 Oktyabr 2021, 22:15

Türkiyənin tanınmış aktyoru Kemal Kuruçay 59 yaşında dünyasını dəyişib.

 

Modern.az xəbər verir ki, bu barədə aktyor Nedim Saban sosial şəbəkədə məlumat yayıb.

 

Aktyor çəkiliş meydançasında infarkt keçirib.

 

Kemal Kuruçay 10 iyun 1962-ci ildə Ankarada anadan olub. Ankara Müjdat Gezen mədəniyyət mərkəzinin müəllimlərindən və qurucularından olan Kuruçay 1989-cu ildən teatr aktyoru kimi fəaliyyətə başlayıb.

 

K.Kuruçay "Zengin kız, fakir oğlan", “Yasemince”, “Çocuklar duymasın” ve “Seksenler” seriallarında oynayıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır