Modern.az

Bayden və Makron əməkdaşlıq məsələlərini müzakirə etdilər

Bayden və Makron əməkdaşlıq məsələlərini müzakirə etdilər

23 Oktyabr 2021, 00:50

ABŞ Prezidenti Co Bayden və fransalı həmkarı Emmanuel Makron arasında telefon danışığı baş tutub.

 

Modern.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.

 

Prezidentlər Afrika, Avropa və Hind-Sakit Okean regionunda təhlükəsizlik sahəsində əməkdaşlığı müzakirə ediblər.

 

Ağ Evdən verilən məlumata görə, Bayden və Makron bu ay Romada G20 liderlərinin sammitində görüşdükləri zaman müzakirələrini davam etdirməyi planlaşdırırlar.

 

Akif İsmayılov

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI