Modern.az

Azərbaycanda nikah bağlayan bәy vә gәlinlərin yaşı: gənclər, dullar, ağsaqqal və ağbirçəklər...

Azərbaycanda nikah bağlayan bәy vә gәlinlərin yaşı: gənclər, dullar, ağsaqqal və ağbirçəklər...

Hadisə

23 Oktyabr 2021, 09:18

Bәy vә gәlinlərin yaş qruplarına görә nikahlarının sayı, eyni zamanda nikaha daxilolma zamanı subay, boşanmış və dul olmaları ilə bağlı statistika məlum olub.

Modern.az saytı rəsmi göstəricilərə istinadən hazırladığı xəbərdə bildirir ki, bu ilin əvvəlinə olan məlumata görə, Azərbaycanda nikaha daxil olma böyük əksəriyyətinin ilk evliliyidir.

Belə ki, son statistikaya görə, Azərbaycanda 35 348 bəy nikaha daxil olub. Onlardan 30 949 nəfəri heç vaxt nikahda olmayanlar, 3911 nəfəri boşananlar, 488 nəfəri dullar olub.

Eyni dövrdə Azərbaycanda 35348 xanım nikaha daxil olub. Onlardan 32649 nəfəri heç vaxt nikahda olmayanlar, 2543 nəfəri boşananlar, 156 nəfəri isə dullar olub.

Nikaha daxil olan bəylərdən 6698 nəfəri 18-24 yaşlarında, 15060 nəfəri 25-29 yaşlarında, 7594 nəfəri 30-34 yaşlarında, 1275 nəfəri 40-44 yaşlarında, 751 nəfəri 45-49 yaşlarında, 842 nəfəri 50-59 yaşlarında, 500 nəfəri 60 və yuxarı yaşda olub.

Həmçinin, nikaha daxil olan gəlinlərdən 165-i 18 yaşını tamamlamayanlar, 20942 nəfəri 18-24 yaşlarında, 7310 nəfəri 25-29 yaşlarında, 3258 nəfəri 30-34 yaşlarında, 1598 nəfəri 35-39 yaşlarında, 881 nəfəri 40-44 yaşlarında, 485 nəfəri 45-49 yaşlarında, 554 nəfəri 50-59 yaşlarında, 155 nəfəri 60 və yuxarı yaşlarda olanlardır.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!