Modern.az

Fondun əsas xərc İSTİQAMƏTLƏRİ

Fondun əsas xərc İSTİQAMƏTLƏRİ

23 Oktyabr 2021, 10:31

Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fonduna (“YAŞAT” Fondu) daxil olan vəsaitin istiqamətlər üzrə xərcləri açıqlanıb.

 

Modern.az xəbər verir ki, Fonda toplanan vəsaitin 43,13 faizi şəhid ailələrinin və qazilərin məişət şəraitinin yaxşılaşdırılması üçün xərclənib: "Vəsaitin 16,31 faizi borc öhdəliklərinin qarşılanması, 38,19 faizi tibbi xərclərin ödənilməsi, 1,56 faizi isə təhsil, peşə hazırlığı və yaradıcı potensialın inkişafı üçün xərclənib. Digər xərclərin göstəricisi isə 0,81 faiz təşkil edir".

 

Qeyd edilib ki, indiyədək Fondda 63 583 188,17 manat toplanıb və vəsaitin 44 508 561,48 manatı xərclənib. Hazırda fondda qalıq vəsait 19 074 626,69 manatdır: "İndiyədək Fond tərəfindən 2 909 şəhid ailəsi ziyarət olunub. Eyni zamanda bu günədək 9 914 şəxs öhdəliyə götürülüb və onların problemlərinin həlli davam etdirilir".

Telegram
Hadisələri anında izləyin!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər