Arxiv
23 Oktyabr 2021, 13:18 | ÖLKƏ
Artur Rasizadədən yeni AÇIQLAMA: “Kefim də yaxşıdır, səhhətim də!”

Modern.az-da “Artur Rasizadə HARALARDADI...” adlı yazının bəzi digər xəbər portallarında konteksdən çıxarılıb, sabiq baş nazirin ağır xəstə olaraq xaricə aparılması kimi təqdimatı onun narazılığına səbəb olub.

Saytımıza telefon açan sabiq baş nazir Artur Rasizadə bildirib ki, hazırda sağlıq durumu çox yaxşıdı və narahat olmağa heç bir əsas yoxdur:

“Kefim də yaxşıdır, səhhətim də... Hətta lap əlayam!”.

Artur Rasizadə deyib ki, doğrudan da bu günlərdə xaricdə - Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində olub. Amma artıq Bakıya dönüb və hazırda evində dincəlir. O, Dubaya nəvələrilə bir həftəliyə gedibmiş.

Sabiq baş nazir onu da əlavə edib ki, yaxın günlərdə 8 noyabr Zəfər günü ilə bağlı ürək sözlərini də Modern.az-ın oxucuları ilə bölüşəcək.

 86 yaşlı Artur Rasizadə 22 il (1996-2018) Azərbaycanın Baş naziri postunda çalışıb.


A.Qorxmaz

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv