Modern.az

Ziyafət Əsgərov şəhid anaları ilə görüşüb

Ziyafət Əsgərov şəhid anaları ilə görüşüb

23 Oktyabr 2021, 14:05

76 saylı Lənkəran-Astara seçki dairəsindən deputat Ziyafət Əsgərov   seçildiyi dairənin əhatə etdiyi kəndlərdə İkinci Qarabağ müharibəsində  torpaqlarımız uğrunda şəhidlik zirvəsini ucalmış şəhidlərimizin anımı ilə bağlı növbəti görüşlərini keçirib.

 

Modern.az xəbər verir ki, dairənin Maşğan, Pensər, Vel və Mamusta kəndlərində şəhid Səmədov Samir, şəhid Salmanzadə Pərvin, şəhid İbrahimov Röyal və şəhid Qulamzadə Afərinin anımı ilə bağlı ailə üzvləri ilə görüşlər keçirib  

 

Keçirilən anım mərasimləri zamanı şəhidlərimizin və qazilərimizin hər bir gənc üçün örnək olan ömür yolundan, hərbi xidmətindən, eləcə də Vətən müharibəsindəki hərbi əməliyyatlar zamanı göstərdiyi qəhrəmanlıq, fədakarlıq və igidlik nümunələrindən danışılıb. Məhz onların şücaəti bizə tarixi Zəfərimizi bəxş etmiş, ölkəmizin ərazi bütövlüyü təmin edilmişdir . Ona görə də şəhidlərimizin il dönümü ilə bağlı onların anımı bu gün hər birimizin vətəndaşlıq borcudur.      Qeyd olunan şəhid ailə üzvləri ikinci Qarabağ müharibəsindəki qələbəmizə görə Ali Baş komandana şəhidlərimizə və qazilərimizə göstərdiyi qayğıya görə səmimi təşəkkür və minnətdarlıqlarını bildirmişlər. Şəhidlərimizin xatirəsi hər zaman əzizdir, müqəddəs ruhları qarşısında dərin hörmət və ehtiramla baş əyirik. Şəhidlər ölməz, Vətən bölünməz! 

 

 Millət vəkilinin görüşləri davam edir. Allah şəhidlərimizi rəhmət eləsin.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir