Modern.az

Koronavirus qrip kimi mövsümi xəstəliyə çevrilib

Koronavirus qrip kimi mövsümi xəstəliyə çevrilib

23 Oktyabr 2021, 18:02

Barselona Qlobal Səhiyyə İnstitutunun alimləri iddia edirlər ki, koronavirus qrip kimi mövsümi xəstəliyə çevrilib.

 

Modern.az xəbər verir ki, alimlərin gəldiyi nəticələr “Nature Computational Science” jurnalında dərc edilib. Tədqiqatçılar müəyyən ediblər ki, rütubətin aşağı olması və soyuq kimi amillər bu virusun fəallığına təsir edir. Hava nə qədər soyuq və quru olsa, COVID-19 bir o qədər sürətlə yayılır. Bu iki şərtin birgə müşahidə olunduğu ölkələrdə pandemiya daha ölümcül olur.

 

Alimlər koronavirus dalğalarının başlanmasını da rütubətin və havanın temperaturunun aşağı olduğu dövrlərlə izah edirlər. Bu nəticələr epidemioloqlara pandemiyanın gedişini daha dəqiq proqnozlaşdırmağa və xəstəliyin şiddətləndiyi vaxtları əvvəlcədən söyləməyə imkan verəcək.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Tapşırıq verildi: İrandakı bu yerlər vurulacaq