Modern.az

Maxaçqala-Azərbaycan aviareysi AÇILACAQ

Maxaçqala-Azərbaycan aviareysi AÇILACAQ

Aktual

23 Oktyabr 2021, 18:20

Rusiyanın Dağıstan Respublikasının paytaxtı Mahaçqala şəhərindən Azərbaycana aviareyslər açılacaq.

 

Modern.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Dağıstan Turizm və Xalq Yaradıcılığı Sənəti Nazirliyindən məlumat verilib.

 

Yeni reyslərin 2022-ci ilin yayında açılacağı bildirilir. Bu ilin avqustunda Mahaçqala aeroportunun yeni beynəlxalq terminalının istifadəyə verilməsi ilə respublikadan bir çox ölkələrə uçuşlar başlanıb.

 


Gələn ildən Azərbaycanla yanaşı, Qırğızıstan, Özbəkistan, Belarus və digər ölkələrə də reyslərin təşkili gözlənilir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi