Modern.az

İdmançımız qızıl medal QAZANDI

İdmançımız qızıl medal QAZANDI

23 Oktyabr 2021, 18:38

Portuqaliyanın paytaxtı Lissabonda veteran cüdoçular arasında keçirilən dünya çempionatında təmsilçimiz qızıl medal qazanıb.

 

Modern.az xəbər verir ki, cüdoçumuz Babək Hacıyev (M-4, 60 kq) bütün rəqiblərini məğlub edərək fəxri kürsünün ən yüksək pilləsinə yüksəlib.

 


Qeyd edək ki, bundan əvvəl cüdoçumuz Tural Səfquliyev (M-1, 100 kq) yarışda bürünc medal əldə edib. Komandamız turnirdə 15 cüdoçu ilə təmsil olunur.
Oktyabrın 24-dək davam edəcək dünya çempionatında 43 ölkədən 350-dən çox idmançı iştirak edir.

Twitter
Sizə yeni tvit var
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub