Modern.az

“Böyük dəbilqə”də təmsil olunacaq Azərbaycan HEYƏTİ  

“Böyük dəbilqə”də təmsil olunacaq Azərbaycan HEYƏTİ  

23 Oktyabr 2021, 18:50

Noyabrın 5-7-də Bakıda keçiriləcək cüdo üzrə “Böyük dəbilqə” turniri üçün Azərbaycan komandası heyətini açıqlayıb.

 

Modern.az xəbər verir ki, turnirdə Azərbaycan 27 (20 kişi, 7 qadın) cüdoçu ilə təmsil olunacaq.

 

Kişilərin yarışında Balabəy Ağayev, Rövşən Əliyev, Əhməd Yusifov, Turan Bayramov (60 kq), İbrahim Əliyev, Orxan Səfərov, İsmayıl İbrahimov (66 kq), Hidayət Heydərov, Rüstəm Orucov, Telman Vəliyev (73 kq), Elcan Hacıyev, Ömər Rəcəbli, Kərim Məmmədov (81 kq), Rüfət İsmayılov, Vüqar Talıbov, Məmmədəli Mehdiyev (90 kq), Adil Kərimli, Ruslan Nəsirli (100 kq), Uşangi Kokauri, Camal Feyziyev (+100 kq) mübarizə aparacaqlar.

 


Qadınların turnirində isə Aişə Qurbanlı, Şəfəq Həmidova (48 kq), Zeynəb Məmmədova, Ülviyyə Bayramova (52 kq), Aytac Qardaşxanlı (63 kq), Günel Həsənli, Südabə Ağayeva (70 kq) güclərini sınayacaqlar.
Qeyd edək ki, Bakıda keçiriləcək “Böyük dəbilqə” turnirində indiyədək 28 ölkədən 185 cüdoçu iştirakını təsdiqləyib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Əliyev Putinlə görüşə gedir