Arxiv
23 Oktyabr 2021, 19:39 | AKTUAL
Səfirlikdən separatçıların Rusiyaya "səfərinə" REAKSİYA

Bu ilin 23 oktyabr tarixində bəzi sosial şəbəkələrdə Araik Arutyunyanın Moskvada olduğu və burada Rusiya Federasiyasının rəsmiləri ilə görüşlər keçirərək regional vəziyyəti müzakirə etdiyi barədə xəbərlər tirajlanıb.

 

Modern.az xəbər verir ki, məsələ ilə bağlı Azərbaycanın Rusiyadakı səfirliyi məlumat yayıb.

 

Qeyd olunur ki, son günlər erməni KİV-i tərəfindən “Artsax Respublikasının vəzifəli şəxslərinin” Rusiyaya “işçi səfərləri” və guya burada Rusiyanın siyasi dairələri ilə rəsmi görüşlər keçirdikləri barədə həqiqətə uyğun olmayan məlumatlar yayılır.

 

"Səfirlik bir daha vurğulayır ki, adları qeyd olunan şəxslər Rusiya Federasiyasının sərhədini Ermənistan Respublikasının vətəndaşlarına məxsus olan pasportlarla keçirlər və burada adətən erməni diasporu nümayəndələri, eləcə də onlara lobbiçilik edən şəxslər ilə görüşürlər, belə səfərlər yalnız şəxsi xarakter daşıyır və rəsmi qəbul edilmir, onlarla Rusiyanın dövlət strukturları və diplomatik xidmət xətti ilə hər-hansı siyasi məsləhətləşmələr aparılmır. Bir çox hallarda bu kimi məlumatlar saxta olur, heç bir faktlara əsaslanmır, təxribat xarakteri daşıyır və ictimaiyyəti çaşdırmaq, uğurla inkişaf edən Azərbaycan-Rusiya əməkdaşlığına kölgə salmaq məqsədini daşıyır", - deyə səfirliyin məlumatında deyilir.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv