Arxiv
23 Oktyabr 2021, 20:10 | AKTUAL
Premyer Liqa: “Neftçi” “Zirə”ni məğlub etdi

Futbol üzrə Azərbaycan Premyer Liqasında VIII turun daha bir oyunu keçirilib.

 

Modern.az xəbər verir ki, “Neftçi” “Bakcell Arena”da “Zirə”ni qəbul edib. Qarşılaşma meydan sahiblərinin əzmkar qələbəsi ilə başa çatıb - 2:1.

 

Bu qələbədən sonra xallarını 17-yə çatdıran “Neftçi” 2-ci pillədəki mövqeyini qoruyub. 12 xalı olan “Zirə” isə 3-cü sırada qalıb.

 

Qeyd edək ki, günün ilk qarşılamasında “Sabah” evdə “Sumqayıt”a 3:1 hesabı ilə qalib gəlib. Turun digər 2 matçı oktyabrın 24-ü və 25-də gerçəkləşəcək. Müvafiq olaraq, “Qəbələ” səfərdə “Keşlə” ilə, “Qarabağ” isə “Səbail” ilə üz-üzə gələcək.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv