Modern.az

Fatma Yıldırım şəhid Xudayarın məzarını ziyarət etdi

Fatma Yıldırım şəhid Xudayarın məzarını ziyarət etdi

Aktual

23 Oktyabr 2021, 21:50

Bərdə rayonundan deputat seçilən Fatma Yıldırım rayonun Vətən müharibəsi şəhidi Xudayar Yusifzadənin anım mərasimində iştirak edib.

 

Modern.az xəbər verir ki, Bərdə şəhərinin Şəhidlər Xiyabanında şəhidin məzarı ziyarət olunub, ruhuna dualar oxunub.

 

Deputat bildirib ki, anım mərasimində şəhidimiz Xudayarın döyüş yoldaşları, dostları, ailə üzvləri onun həyatı,  döyüş yolu haqqında xatirələrini bölüşüblər:

 

"Bu oğullarımızın qəhrəmanlıqları haqda xatirələri eşitdikcə, bir daha onlarla sonsuz dərəcədə qürur duyuruq.

 

Xudayar Yusifzadə döyüş meydanında ifa etdiyi “Vətən yaxşıdır” təsnifi ilə Azərbaycan əsgərinin vətənə olan sevgisini əks etdirərək, xalqımızın ürəyində taxt qurdu. Onun kimi oğullar Vətən müharibəsində öz qanları-canları hesabına dastan yazdılar, doğma Qarabağımızı işğaldan azad etdilər.

 

Belə igid, cəsur oğullar böyütdükləri üçün onların ana-atalarına minnətdarıq, şəhidlərin ruhu qarşısında baş əyirik!

 

Allah bütün şəhidlərimizə rəhmət eləsin, ruhları şad olsun!"

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!