Modern.az

Bakıda 35 yaşlı kişi meyiti tapıldı

Bakıda 35 yaşlı kişi meyiti tapıldı

23 Oktyabr 2021, 23:20

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Sabunçu rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

 

Bu barədə Modern.az FHN-ə istinadən məlumat verir.

 

Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1986-cı il təvəllüdlü Məmmədhüseynov Məmmədhüseyn İlham oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər.

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir