Modern.az

Kennedinin qətli ilə bağlı məxfi sənədlər açıqlanacaq  

Kennedinin qətli ilə bağlı məxfi sənədlər açıqlanacaq  

24 Oktyabr 2021, 00:51

Ağ Ev dekabrın 15-də keçmiş prezident Con Kennedinin öldürülməsi ilə əlaqədar bəzi gizli sənədləri açıqlamaq niyyətindədir.

 

Modern.az xəbər verir ki, bu barədə Ağ Evin ABŞ prezidenti Co Baydenin imzası ilə yaydığı açıqlamada qeyd olunub.

 

Qalan sənədlərin isə bir il ərzində nəşrə hazır olacağı bildirilir.

 

Açıqlamada Kennediyə edilən sui-qəsd “dəhşətli gün və amerikalıların xatirəsində qalmağa davam edən çox dərin milli faciə” olaraq xarakterizə edilib və ümumi sənədlərin 90 faizini təşkil edən 250 min sənədin yayımlanacağı qeyd olunub.

 

ABŞ prezidenti Con Kennedi 22 noyabr 1963-cü ildə seçkiyə hazırlıq zamanı üçün Texasda sui-qəsd nəticəsində öldürülüb.

 

Akif İsmayılov

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub