Arxiv
24 Oktyabr 2021, 10:30 | AKTUAL
Kolumbiyanın ən böyük narkotaciri qandallandı

Kolumbiya polisi hərbçilərlə birlikdə “Körfəz Kralı” cinayətkar dəstəsinin başçısı “Otoniel” ləqəbli Dairo Usuqu saxlayıb.

 

Modern.az xəbər verir ki, bu barədə “El Tiempo” nəşri məlumat yayıb.

 

Əməliyyat Kolumbiyanın şimal-qərbindəki Nekokli bələdiyyəsində keçirilib. 

 

Qeyd edək ki, “Körfəz Kralı” Kolumbiyada narkotik ticarəti ilə məşğul olan ən böyük cinayət təşkilatıdır. Usuq ölkədə ən çox axtarılan cinayətkar sayılırdı.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv