Modern.az

Bahalaşan neft, yüksələn ərzaq qiymətləri fonunda manatı nə gözləyir: devalvasiya, yoxsa...?

Bahalaşan neft, yüksələn ərzaq qiymətləri fonunda manatı nə gözləyir: devalvasiya, yoxsa...?

24 Oktyabr 2021, 10:32

Dövlət Statistika Komitəsinin yaydığı məlumata əsasən, 2021-ci ilin yanvar-oktyabr aylarında istehlak qiymətləri indeksi (inflyasiya göstəricisi) 2020-ci ilin yanvar-oktyabr aylarına nisbətən 4,5 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 105,2 faiz, qeyri-ərzaq məhsulları üzrə 104,1 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 103,9 faiz artıb.

 


Bu nəticələr onu göstərir ki, ölkədə bahalaşma gedir, inlfyasiya sürətli şəkildə artır. Belə olan halda manatın məzənnəsini hansı təhlükə gözləyə bilər?

 

 

İqtisadçı ekspert Natiq Cəfərli Modern.az-a açıqlamasında bildirib ki, Azərbaycanda inflyasiya və devalvasiya  bir az fərqli şəkildə özünü göstərir:

 




“Manatın dəyərdən düşməsi prosesi çox sürətlə gedir. Amma bu, devalvasiya mənasına gəlmir. Azərbaycan manatının məzənnəsi birjalarda müəyyən olunmur, inzibati qaydada Mərkəzi Bank və hökümət tərəfindən müəyyənləşdirilir. Uzun müddətdir ki, Azərbaycanda valyuta bazarı özünü sabit şəkildə göstərir. Ona görə də dünyada və qonşuda gedən proseslərin bizə birbaşa təsiri yoxdur. Amma manatın dəyərdən düşməsi alıcılıq qabiliyyətində özünü büruzə verir. Manatın alıcılıq qabiliyyəti kifayət qədər düşür, bunun özü də ən azı devalvasiya qədər təhlükəli bir məsələdir".

 

Azərbaycanda devalvasiya gözlənilirmi?

 

“O ki qaldı indiki dövrdə devalvasiyaya, neftin qiymətinin 85-86 dolllar olduğu dövrdə Mərkəzi Bank və Azərbaycan höküməti hansısa bir formada məzənnə dəyişikliklərinə getsin. Amma bu da məlumdur ki, uzun bir müddət eyni bir məzənnə rejimində qalmaq da mümükün deyil.  Bir müddətdən sonra növbəti illərdə istər-istəməz manatın məzənnəsi ilə bağlı müəyyən qərarların alınması mümkündür, bu da neft qiymətlərindən asılı olacaq. Neftin qiyməti aşağı olduqca manat üçün təhlükə çoxalacaq”,- deyə ekspert bildirib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı