Modern.az

Bu gün dünyanın gözü "Kamp Nou"da olacaq

Bu gün dünyanın gözü

Aktual

24 Oktyabr 2021, 10:44

İspaniya La Liqasında 10-cu turun oyunları keçirilir.

 

Modern.az  xəbər verir ki, turun mərkəzi görüşü bu gün “Kamp Nou” stadionunda baş tutacaq.

 

Burada “Barselona” doğma azarkeşləri önündə “Real”ı qəbul edəcək.

 

“El-Klasiko” Bakı vaxtı ilə saat 18:15-də başlayacaq.

 

Qeyd edək ki, indiyədək bütün rəsmi turnirlərdə baş tutan 246 “El-Klasiko”nun 98-də qonaqlar, 96-da isə paytaxt təmsilçisi qələbə qazanıb. 52 görüşdə isə qalib müəyyənləşməyib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!