Arxiv
24 Oktyabr 2021, 13:58 | AKTUAL
Saakaşvilinin son durumu: ürəyi dayana bilər...

“Saakaşvilinin köçürüldüyü türmə xəstəxanasında məhv edilməsi üçün qiyam imitasiyası hazırlanır".

 

Modern.az xarici mətbuata istinadən xəbər verir ki, bu sözləri Saakaşvilinin vəkili Nika Qvaramiya deyib.

 

Qvaramiya bildirib ki, 24 gün aclıq onun ürəyinin dayanmasına da səbəb ola bilər:

 

“Saakaşvili üçün ən böyük risk ürək dayanmasıdır. Onun yatdığı xəstəxanada kardioloji xidmət ikinci səviyyədə olmalıdır. Bu isə türmə xəstəxanasında yoxdur”.


Qeyd edək ki, vəkil hakimiyyətdən yaxın saatlarda Saakaşvilinin təhlükəsizliyini təmin etmək üçün addımlar atmağı və onu çoxfunksiyalı xəstəxanaya köçürməyi tələb edib.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv