Modern.az

Macarıstanda pul muzeyi

Macarıstanda pul muzeyi

24 Oktyabr 2021, 15:07

Macarıstan Milli Bankı gələn il pul muzeyinin açılacağını elan edib.


Modern.az xəbər verir ki, məlumatı Macarıstanın MTI xəbər agentliyi bankın Direktorlar Şurasına istinadla yayıb.


Bildirilir ki, muzey Poçt Sarayında paytaxtın Sell Kalman Ter meydanında açılacaq. Açılış martın 15-nə - ölkədə milli bayramın qeyd edildiyi günə planlaşdırılıb.
Bank məlumatında qeyd edib ki, o, Avropada ən çox təsir bağışlayan pul muzeyini yaradacaq. Məqsəd həm uşaqlar, həm də böyüklər, cəmiyyətin bütün təbəqələri üçün əlçatan olan maliyyə mədəniyyətinin inkişafıdır. İnteraktiv muzeydə əsginas dizaynından başlayaraq qızıl külçələrə qədər 58 instalyasiya və 2000-ə yaxın eksponat təqdim ediləcək.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi