Modern.az

Masallıda vaksin REYDİ

Masallıda vaksin REYDİ

Aktual

24 Oktyabr 2021, 15:16

COVID-19 pasportu olmadan sərnişindaşıma fəaliyyəti ilə məşğul olan sürücülər və qapalı məkanlarda tibbi maskadan istifadə etməyən şəxslərlə bağlı nəzarət-profilaktiki tədbirlər davam etdirilir.

 


Modern.az xəbər verir ki, mövbəti belə tədbir bu gün Masallı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilib.

 

Nəzarət-profilaktiki tədbirlər çərçivəsində eyni zamanda qapalı məkanlarda tibbi maska ilə bağlı tələblərə riayət etməyənlər də aşkarlanıb.

 

Polis əməkdaşları tərəfindən tibbi maskalardan istifadənin zəruriliyi və sosial məsafənin gözlənilməsi ilə bağlı tövsiyələr verilib.

 

Qaydalara əməl etməyən şəxslərə xəbərdarlıq edilməklə qanunamüvafiq tədbirlər görülüb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır