Modern.az

İbrahimoviçdən növbəti ilk 

İbrahimoviçdən növbəti ilk 

Aktual

24 Oktyabr 2021, 16:15

"Milan"ın futbolçusu Zlatan İbrahimoviç karyerasında ilk dəfə avtoqola imza atıb.

 

Modern.az  xəbər verir ki, bu, A seriyasının 9-cu turunda "Bolonoya" ilə matçda (4:2) baş verib. 40 yaşlı hücumçu  49-cu dəqiqədə öz qapısına qol vurub.

 

Karyerasında 957 rəsmi oyun keçirən və 565 qola imza atan isveçli oyunçunun bu,  peşəkar karyerasında ilk avtoqoludur.

 

Qeyd edək ki, dünənki oyunda da Zlatan rəqib qapısına da qol vurub və qol ötürməsi verib. İbrahimoviç 40 yaşını tamamladıqdan sonra A Seriyasında qol vuran dördüncü oyunçu olub.

Twitter
Sizə yeni tvit var
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır