Arxiv
24 Oktyabr 2021, 17:21 | AKTUAL
Son sutkada YOLUXANLAR - Ölənlər artdı

Azərbaycanda son sutkada koronavirus (COVID-19) infeksiyasına 2 036 yeni yoluxma faktı qeydə alınıb, 1 045 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Modern.az-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 25 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 516 325 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 484 604 nəfər müalicə olunaraq sağalıb, 6 894 nəfər vəfat edib. 24 827 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 12 325, bu günə qədər isə ümumilikdə 5 108 298 test icra olunub.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv