Modern.az

Rusiyada təyyarə qəzası - Ölənlər var

Rusiyada təyyarə qəzası - Ölənlər var

24 Oktyabr 2021, 19:45

Rusiyada yüngül mühərrikli təyyarə Moskva vilayətində qəzaya uğrayıb.

 

Modern.az Rusiya mətbuatına istinadən xəbər verir ki, qəzaya uğrayan zaman təyyarənin göyərtəsində pilot və sərnişin olmaqla iki nəfər olub.

 

Qəza nəticəsində təyyarənin yerə çırpıldığı və nəticədə hər iki nəfərin öldüyü bildirilir.

 

Rusiya Fövqəladə Hallar Nazirliyi təyyarənin “Aeroklassika” klubunun ərazisində qəzaya uğradığını bildirib. Bundan sonra beş kvadratmetr sahədə yanğın baş verib.

 

Akif İsmayılov

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir