Modern.az

Özbəkistanda prezident seçkiləri YEKUNLAŞDI

Özbəkistanda prezident seçkiləri YEKUNLAŞDI

24 Oktyabr 2021, 21:02

Özbəkistanda bu gün keçirilən prezident seçkilərində saat 17:00-dək seçici aktivliyi 71.8% olub.

 

Modern.az xəbər verir ki, bu barədə Özbəkistan Mərkəzi Seçki Komissiyası yayıb.

 

Məlumata görə, bu saatadək 14 milyon 258 min nəfər səsvermədə iştirak edib. 

 

Bildirilir ki, seçkilərin ilkin yekun nəticələri oktyabrın 25-də açıqlanacaq.

 

Prezident seçkilərində beş namizəd iştirak edib. Bunlar Özbəkistan Liberal-Demokrat Partiyasınn namizədi, hazırkı Prezident Şavkat Mirziyoyev, Milli Dirçəliş Demokratik Partiyasından Əlişir Kadırov, Ekologiya Partiyasından Narzulla Oblomuradov, “Ədalət” Sosial-Demokrat Partiyasından Baxrom Abduxalimov və Xalq-Demokratik Partiyasından Maqsuda Vorisovadır

 

Seçkilərin favorit namizədi Şavkat Mirziyoyevdir.

 

Akif İsmayılov

Twitter
Sizə yeni tvit var
Keçid et
Ermənistan ordusu Qazaxın kəndlərindən çıxır